BP və Bakı Ali Neft Məktəbi "Mühəndislər üçün biznes təhsili" proqramına başladılar

BP və Bakı Ali Neft Məktəbi "Mühəndislər üçün biznes təhsili" proqramına başladılar

Bakı. Maksim Tsurkov - Trend:

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) "BP Azərbaycan"ın iştirakı və maliyyə dəstəyi ilə, yerli mühəndislərin inkişafına töhfə olaraq, “Mühəndislər üçün biznes təhsili” kursuna start verilib.

Trend-in məlumatına görə, bu proqram Bakı Ali Neft Məktəbinin 5-ci kurs tələbələri üçün nəzərdə tutulur. BANM-dakı təhsil müddətində mühəndislik üzrə yüksək səviyyəli bilik və tətbiqi səriştəliklərə yiyələnmiş tələbələrə yeni proqram çərçivəsində həm də menecment və biznes sahəsində geniş bilgilər veriləcək. Bununla da gələcək məzunların müasir biznes mühitinə daha effektli inteqrə olunması üçün şərait yaradılacaq.

Yeni kursun əsas hədəfləri mürəkkəb biznes problemlərinin qiymətləndirilməsi və həllinə dair bilikləri aşılamaq, müasir idarəetmə və qərarların verilməsi üzrə metodiki yanaşmanı formalaşdırmaqdır. Beləliklə, kursun tədris planı 8 əsas moduldan ibarət olacaq: təqdimat və ünsiyyət bacarıqları; layihələrin idarə edilməsi; vaxtın idarə edilməsi və səmərəliliyi; liderlik; risklərin idarə olunması; maliyyənin əsasları, büdcə və xərclərə nəzarət; insan resurslarının idarə edilməsinin əsasları və danışıqların aparılması bacarıqları.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə tədbirdə deyib: “Bu gün BP şirkəti ilə tərəfdaşlığımız yeni mərhələyə daxil olur. Əminəm ki, Bakı Ali Neft Məktəbində həyata keçirilən bu layihə gənclərimiz üçün faydalı olacaq, onları daha da böyük uğurlara doğru aparacaq. Bakı Ali Neft Məktəbi SOCAR-ın ən uğurlu sosial layihələrindən biridir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin fərmanı ilə yaradılan bu ali təhsil ocağı artıq texniki təhsilin avanqardına çevrilib, ölkə daxilində yeni standartın əsasını qoyub. Bu da ölkədəki digər təhsil müəssisələri üçün əlavə stimuldur və ölkə başçısı cənab İlham Əliyevin müəyyən etdiyi “neft kapitalının insan kapitalına çevrilməsi” istiqamətində təkanverici rol oynayır”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons bildirib: “Azərbaycanda öz sosial sərmayələri üçün təhsil sahəsini əsas istiqamət seçmiş bir şirkət kimi, BP üçün bu, çox əhəmiyyətli bir layihədir. Bu layihə vasitəsilə biz universitet mərhələsində zəruri menecment və biznes bacarıqlarının yaradılmasına töhfə vermək istəyirik. Əksər məzunlar müasir təşkilatlarda öz biznes karyerasına başladıqları zaman bu bacarıqları əldə etməkdə çətinlik çəkirlər. Biz öz təcrübəmizdən də görürük ki, bir çox hallarda bu, universitet məzunları, o cümlədən mühəndislər üçün asan olmur. İnanırıq ki, bu proqram ali məktəbin axırıncı kursunda olan tələbələrə biznesin idarə olunması vasitələri və üsulları haqqında bilgilər verməklə onların universitet təhsilindən biznes karyerasına rahat keçməsinə yardım edəcək. Bu, həmçinin bizim üçün gözəl bir imkandır ki, SOCAR və BANM ilə sıx əməkdaşlıq edərək ölkəyə yüksək keyfiyyətli yerli mühəndislərin yetişdirilməsində yardım edək”.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qeyd edib: “Bakı Ali Neft Məktəbi SOCAR-ın strukturunda yaradılanda qarşımızda qoyulan məqsəd müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanması olub. SOCAR tərəfindən müasir tədris ləvazimatı ilə təchiz olunmuş və beynəlxalq tədris proqramını tətbiq edən BANM qısa müddətdə gənclərin texniki fənlərə olan marağını artırmağa nail olub. Bu gün bizdə ölkəmizin ən parlaq zehinli gəncləri təhsil alır. Ötən il minimal qəbul balı 662 olub. Bu ildə isə biz ilk məzunlarımızı yola saldıq. Onlar hamısı aparıcı şirkətlərdə işlə təmin olunub. SOCAR tərəfindən əsası qoyulmuş bu uğur hekayəsinə başqa şirkətlər də qoşula bilər. Bu gün biz uğur hekayəmizin yeni səhifəsini tərəfdaş BP şirkəti ilə birgə yazırıq. Yeni proqramın sayəsində gənc mühəndislər müasir biznes mühitinə daha effektli inteqrasiya edəcək, daha da yüksək müvəffəqiyyətlər əldə edə biləcəklər”.

Qeyd edək ki, layihənin müddəti 11 aydır (fevral - dekabr 2018) və ümumi dəyəri 180 min ABŞ dolları təşkil edir.

Yeni iPhone SE-nin texniki xüsusiyyətləri açıqlanıb
Yeni iPhone SE-nin texniki xüsusiyyətləri açıqlanıb
"Netflix"in işində qüsurlar yaranıb
"Netflix"in işində qüsurlar yaranıb
Dövlət Agentliyinin yeni yaradılan Ekspertiza idarəetmə sisteminin təqdimatı olub
Dövlət Agentliyinin yeni yaradılan Ekspertiza idarəetmə sisteminin təqdimatı olub
Loading Bars
Xəbər lenti
“Qırmızı kitab”a düşmüş quşları ovlayanlar saxlanılıb
Azad olunmuş ərazilərə yeni marşrutlarla nəfərin səfər etməsi nəzərdə tutulub? - AÇIQLAMA
Bir sıra təşkilatlarda çalışan işçilərin maaşları artırıldı
Tağıyevin heykəlinə zərər vuran şəxslərə cinayət işi açılıb (FOTO)
Narkotik və silah-sursatla saxlanılan şəxsin daha bir cinayətinin üstü açılıb (FOTO)
DİN metroda xoşagəlməz hərəkətlər edən gənclərlə bağlı araşdırma aparır
Lənkəranda mal-qara oğrusu saxlanılıb
Bu gün Şirvanda qaz kəsiləcək
Türkiyə ilə Ermənistan arasında aviareyslərin vaxtı və sayı açıqlanıb
Bu ərazilərə qar yağıb
Birbank yenidən ən çox istifadə olunan və bəyənilən rəqəmsal platforma oldu
Sökülməsi nəzərdə tutulan binalarda mənzillər niyə ucuzlaşmır?
ANAMA yeni əməliyyat qrupları formalaşdırır - Sədr müavini
Azərbaycanda ÜDM-in nominal həcmi 93 milyard manata çatıb - Mikayıl Cabbarov
Ərdoğan Ukraynaya səfərə hazırlaşır
Qəzetlər və onlayn media üçün müsabiqənin nəticələri açıqlanıb
Qubadlıda əlahiddə sərhəd diviziyasının qərargah bina­sı istifadəyə verilib (FOTO)
Ötən gün təhlükədə qalan 5 uşaq xilas edilib
DİN 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar vətəndaşlara müraciət etdi
Yüksəkgərginlikli işıq xətləri yeraltı kabellərə keçirilir (FOTO/VİDEO)
Türkiyədə “Azərbaycan düşüncə tarixi” kitabı nəşr olunub
20 Yanvar faciəsi insanlığa qarşı törədilən bir cinayətdir - Deputat
Azərbaycan neftinin qiyməti 90 dolları ötüb
İtaliya TAP sayəsində qaz ixracatçısına çevrilir
Bakıda ağır qəza: 3 nəfər öldü (FOTO)
Xətai rayonunda yaşıllıq ərazi məhv edilərək tikinti aparılır? - AÇIQLAMA
Bakıda yas mərasimi keçirən restoran icarədarı və mərasim təşkilatçısı həbs edildi (FOTO/VİDEO)
Azərbaycan xalqı 20 Yanvar faciəsini heç zaman unutmayacaq - Kamaləddin Qafarov
Narkotikə görə saxlanılan şəxsin evində axtarışda olan qadın da aşkarlanıb (FOTO)
Xarici valyutaların manata qarşı məzənnələri
“Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Bu marşrutların hərəkət sxemi dəyişdiriləcək
Ötən gün daha 3 koronavirus xəstəsi küçədə aşkarlanıb
Sabah Bakıda bu yollarda hərəkət məhdudlaşdırılacaq
COVID-19-a yoluxma sayının artması kütləvi immunitet yarada bilər?
Zaqatalada narkotik istifadə edən taksi sürücüsü və sərnişin saxlanılıb (FOTO)
Almatı hava limanı normal iş rejiminə qayıdıb
Hacı Zeynalabdin Tağıyevin heykəlini zədələyənlər saxlanıldı (FOTO)
DİN Hacı Zeynalabdin Tağıyevin abidəsinin zədələnməsi faktını araşdırır (FOTO)
İspaniyada qocalar evində yanğın nəticəsində ölən və yaralananlar var
Yeni iPhone SE-nin texniki xüsusiyyətləri açıqlanıb
ABŞ Şimali Koreyanın raket buraxılışı ilə bağlı BMT TŞ-nin iclasını çağırıb
Tonqada vulkan püskürməsinin təhlükəli nəticələri açıqlanıb
Venesuelalı miqrant qız Meksika ilə ABŞ sərhəddində çayı keçərkən ölüb
Braziliya koronavirusa sutkaliq yoluxanların sayına görə antirekordu yeniləyib
Biz Rusiya ilə müzakirələri davam etməyə hazırıq - Ceyk Sallivan
Pakistanda partlayış nəticəsində qatar relsdən çıxıb, yaralılar var
Somalinin paytaxtında terrorçu-kamikadzenin hücumu nəticəsində azı 6 nəfər ölüb
Paraqvayın prezidenti koronavirusa yoluxub
Türkiyədə neft boru kəmərində partlayış baş verib
Avropada COVID-19 peyvəndinin dördüncü dozası immuniteti zəif insanlar üçün tövsiyə edilib
Fransada sutka ərzində koronavirusa yoluxanların sayında antirekord yenilənib
Nyu-Yorkda binada partlayış nəticəsində 1 nəfə ölüb, 9 nəfər yaralanıb
ÜST rəhbəri koronavirusun yeni ştammlarının yaranma ehtimalını mümkün sayır
İsrail prezidenti Hersoq Türkiyəyə gələ bilər - Ərdoğan
ABŞ Şimali Koreyaya təzyiqi artırmaq niyyətindədir
MDU-da “20 Yanvar: Milli tariximizi azadlıq yoluna çıxaran dönüş nöqtəsi” mövzusunda seminar keçirilib (FOTO)
Azərbaycan XİN fransalı nazirin Milli Assambleyadakı çıxışına cavab verib
Azərbaycanın Fransadakı səfirliyi bu ölkənin prezidentliyə namizədinin iddialarına cavab verib
Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır - Prokurorluq
Goranboy sakini minaya düşdü, ayağı amputasiya edildi
Dünyada həftə ərzində 18 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb
İsveç hökuməti ölkəyə daxil olanlardan PSR testi tələb etməyəcək
DGK və Böyük Britaniyanın Milli Cinayət Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
H.Z.Tağıyevin xeyriyyəçilik və maariçilik fəaliyyəti, onun mənəvi zənginliyinə baxış - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib
Cənub-qərb küləyi güclənib - FAKTİKİ HAVA
Media Təhlil Mərkəzi Azərbaycanda ekoloji vəziyyətlə bağlı sorğu keçirib
Gəlir və xərclərinin uçotunu aparan şəxslərə vergi güzəştinin tətbiqi ilə bağlı dəyişiklik edilib
İsmayıllı sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb (FOTO)
Əli Əsədovun sədrliyi ilə ərzaq təhlükəsizliyi və qiymət artımına dair müşavirə keçirilib (FOTO)
Baş Qərargah rəisi HHQ-də toplanışın gedişatını izləyib (FOTO)
AGF-nin Ümumi Yığıncağı keçirilib (FOTO)
BSU-da 20 Yanvar faciəsinin qurbanları anılıb (FOTO)
Xarici ölkələrdə qanunsuz silahlı birləşmələrə qoşulan şəxslər məsuliyyətə cəlb ediliblər
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 930 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib
Rövşən Rzayev “Şöhrət” ordeni ilə təltif edildi
Bakıda alpinist kəndiri ilə 2 milyon manatlıq oğurluq edənlərin növbəti məhkəməsi davam olub
DİN-də ötən ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib (FOTO)
Azərbaycan məhsulları Beynəlxalq Qida və İçki Sərgisində nümayiş olunur (FOTO)
2021-ci ildə cinayət hadisələrinin sayı azalıb
Ötən il 268 kriminal qrup zərərsizləşdirilib
Ötən il dövlət qurumları üzrə 31 mindən çox cinayət qeydə alınıb - Vilayət Eyvazov
ARDNF-nin ötən il üzrə gəlir və xərcləri açıqlandı
OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb
Müstəqilliyimiz əbədidir, torpaqlarımız azaddır, şəhidlərimizin ruhu şaddır (FOTO)
Qış Olimpiya yığmamızın bayraqdarı müəyyənləşdi
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb (FOTO)
Aqrar Sığorta Fondu tərəfindən ötən il yığılan sığorta haqqının məbləği açıqlanıb
Yanvarın 19-na USD/AZN rəsmi məzənnəsi
Feministlər ailəmdə problem yaratdı - Arvadını öldürən şəxs
Rəqəmsal İnnovasiyalar Mərkəzinə yeni rəhbər təyin olundu
Lənkəran sakinləri silahla saxlanılıb
Narkotik tərkibli həblər satan Qazax sakini saxlanıldı
Milli parklarda qayda pozuntusuna görə bir neçə vəzifəli şəxs cəzlandırılıb
Xəzərdən uzunluğu 3 metr, çəkisi 210 kiloqram olan balıq tutulub (FOTO)
Qəbələdə ətraf mühiti çirkləndirən 8 nəfər cərimələnib
Bağça müdirləri və işçilərin əmək müqaviləsinin müddəti uzadılıb
Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları şəhidin dəfn mərasimində iştirak ediblər
Bütün xəbərlər