...

Azərbaycan qazının Avropaya ilk tədarükünün vaxtı açıqlandı (YENİLƏNİB)

Energetika Materials 17 Aprel 2018 13:19 (UTC +04:00)

Əskişəhər. İlkin Şəfiyev - Trend:

Transadriatik boru kəməri (TAP) ilə Avropaya ilk kommersiya qazının tədarükünə 2020-ci ilin martında başlanacaq.

Trend-in məlumatına görə, bunu Türkiyənin Əskişəhər şəhərində keçirilən mətbuat konfransında TANAP konsorsiumunun rəhbəri Saltuk Düzyol deyib.

O qeyd edib ki, 2019-cu ilin iyununadək Türkiyə TAP-ın Azərbaycan qazı ilə doldurulmasına başlanılması üçün bütün işləri başa çatdıracaq:

"TAP-ın özü göstərilən müddətdə hazır olmasa da, biz öz tərəfimizdən bütün işləri vaxtlı-vaxtında yerinə yetirmək istəyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti