Əskişəhər. İlkin Şəfiyev - Trend:
“SOCAR Turkey Enerji” şirkəti Transanadolu boru kəməri (TANAP) layihəsində yeddi faizlik payın sahibi olub.
Trend-in məlumatına görə, bunu Əskişəhərdə mətbuat konfransı zamanı TANAP konsorsiumunun rəhbəri Saltuk Düzyol deyib.
Bununla bağlı saziş bu il mart ayının sonunda imzalanıb.
Beləliklə, TANAP səhmdarlarının pay bölgüsü bu cür olub: “Cənub Qaz Dəhlizi” QSC – 51 faiz, “SOCAR Turkey Enerji” 7 faiz, “Botaş” – 30 faiz, BP – 12 faiz.