...

İran TANAP vasitəsilə qaz ixracını təşkil edə bilər

Energetika Materials 24 Aprel 2018 13:51 (UTC +04:00)

Bakı. Əli Mustafayev - Trend:

İran Transanadolu qaz kəməri (TANAP) vasitəsilə layihə iştirakçıları üçün səmərəli qiymət və şərtlərin müəyyənləşdiriləcəyi təqdirdə qaz ixracını təşkil edə bilər.

Trend-in məlumatına görə, bunu Türkiyənin “Petform” şirkətinin baş mütəxəssisi Gökhan Soruş deyib.

O qeyd edib ki, İran TANAP-a qoşulmağı qərara alarsa, o zaman müvafiq infrastrukturun yaradılması üçün genişmiqyaslı iş aparmalı olacaq. Bunun üçün isə İrana böyük investisiyalar tələb olunacaq:

“Avropaya tədarükün diversifikasiyalaşdırılması üçün İranın kifayət qədər qaz ehtiyatı var, TANAP hazırda planlaşdırılan həcmdən daha çox qaz nəql etmək imkanına malikdir. İlk növbədə tərəflər arasında səmərəli şərtlər müəyyən edilməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti