...

“Star” neft emalı zavodunun tam istehsalat gücünə çatacaq vaxtı açıqlanıb

Energetika Materials 2 Oktyabr 2018 17:21 (UTC +04:00)
Türkiyədə SOCAR-a məxsus “Star” neft emalı zavodu 2019-cu ilin yanvar ayında tam istehsalat gücünə çatacaq
“Star” neft emalı zavodunun tam istehsalat gücünə çatacaq vaxtı açıqlanıb

Bakı. İlkin Şəfiyev - Trend:

Türkiyədə SOCAR-a məxsus “Star” neft emalı zavodu 2019-cu ilin yanvar ayında tam istehsalat gücünə çatacaq.

Trend-in məlumatına görə, bunu “SOCAR Turkey Energy” şirkətinin baş direktoru Zaur Qəhrəmanov deyib.

Z.Qəhrəmanov bildirib ki, zavod uzunmüddətli investisiya layihəsidir:

“Maliyyələşdirməyə gəldikdə isə, Türkiyənin heç bir bankı bizə lazım olan müddətə kredit vermir. Ona görə də biz xaricdən uzunmüddətli maliyyələşdirmə cəlb etmək məcburiyyətindəyik”.

Qeyd edək ki, “Star” neft emalı zavodunda 60 faiz pay “Rafineri Holding” şirkətinə, 18,5 faiz pay “Turcas Petrol”a, 40 faizi isə SOCAR-a məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti