...

Salyanın kəndinə təbii qaz verilib (FOTO)

Energetika Materials 2 Noyabr 2018 06:00 (UTC +04:00)
Salyan rayonunun Peyk kəndinə ilk dəfə təbii qaz verilib.
Salyanın kəndinə təbii qaz verilib (FOTO)

Bakı. Trend:

Salyan rayonunun Peyk kəndinə ilk dəfə təbii qaz verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 232 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 31 013 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti