...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 12 Noyabr 2018 23:30 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb.
Azərbaycan nefti ucuzlaşıb

Trend-i buradan izləyin

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 70,95 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 1,48 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 69,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,59 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti son qiyməti 66,66 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,31 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 67,96 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,64 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti