...

BP D230 blokunda seysmik işlərin Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi sənədini açıqladı

Energetika Materials 6 Fevral 2019 08:00 (UTC +04:00)
BP tərəfindən D230 blokunda seysmik işlərin Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi sənədi açıqlandı.
BP D230 blokunda seysmik işlərin Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi sənədini açıqladı

Bakı. Trend:

BP podratçı tərəflər adından operator kimi elan edir ki, D230 bloku üzrə kəşfiyyat işləri proqramı çərçivəsində seysmik tədqiqat işlərinin Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədi hazırlanıb və dərc edilib. Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsində D230 blokunun birgə kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 2018-ci ildə imzalanıb. ƏMSSTQ sənədinin layihə variantında müqavilə sahəsində aparılması planlaşdırılan üçölçülü seysmik tədqiqat işlərinin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və tövsiyə olunan təsirazaltma tədbirləri təsvir edilir.

Seysmik tədqiqatın 100-800 metr arasındakı su dərinliklərində 3200 kvadrat kilometrlik ərazini əhatə edəcəyi gözlənilir.

Seysmik tədqiqat proqramının ümumi məqsədi Şimali Abşeron hövzəsində perspektiv strukturlar üzrə geofiziki məlumatlar toplamaq və karbohidrogenlər olan geoloji strukturları aşkar etməkdir.

ƏMSSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərdən yarana biləcək hər hansı mənfi ekoloji və sosial-iqtisadi təsirləri müəyyənləşdirmək və minimuma endirmək, mümkün olduqda isə aradan qaldırmaqdır.

Maraqlı tərəflərlə məsləhətləşmə ƏMSSTQ prosesinin mühüm elementidir. Maraqlı tərəflərin rəylərinin toplanması və sənədləşdirilməsi prosesi əsas maraqlı tərəflərin ümumi rəylərinin layihənin planlaşdırılmasında və ƏMSSTQ-də əks etdirilməsini təmin edir.

Sizi ƏMSSTQ sənədinin layihə variantına dair rəylərinizi və fikirlərinizi bildirməyə dəvət edirik.

Azərbaycan və ingilis dillərində sənədin tam layihə variantı və qısa xülasəsi hazırlanıb və BP-nin veb-saytında yerləşdirilib: https://www.bp.com/en_az/caspian/sustainability/environment/env-and-social-documentation.html

1 fevral 2019-cu il tarixindən etibarən bu sənədlərin nüsxələri ictimaiyyətin tanış olması üçün aşağıdakı ünvanlarda da yerləşdirilib:

  • BP-nin Xəzər Mərkəzi ofisinin qəbul şöbəsi: Neftçilər prospekti, 153
  • M.F.Axundov adına Milli Kitabxana: Xaqani küçəsi, 29
  • Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası: Hüseyn Cavid prospekti, 31
  • Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası: Azadlıq prospekti, 20
  • "Orxus" İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Bəhram Ağayev küçəsi, 100a
  • Bakı Kitab Mərkəzi: Üzeyir Hacıbəyov küçəsi, 5; Qoqol küçəsi, 2
  • Libraf Kitab Mağazası: Hüseyn Cavid prospekti, 186 (Mirvari Park kompleksi, D Bloku)
  • Bakı Ali Neft Məktəbinin kitabxanası: Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şosesi, 3-cü km (Bakı Ali Neft Məktəbinin Kampusu)

Rəy və təklifləri BP-nin tələblərə riayət və icazələr üzrə qrup rəhbəri Səadət Qafarovaya göndərmək xahiş olunur:

e-poçt: [email protected];

telefon: (012) 599 43 29; (055) 2259013

Məqalədə:
Xəbər lenti

Xəbər lenti