...

BP: “Şahdəniz” və “Şəfəq-Asiman” yataqları Xəzər qazının bu əsrin ortalarınadək etibarlı tədarükünü təmin edəcək

Energetika Materials 20 Fevral 2019 14:52 (UTC +04:00)
Azərbaycanda “Şahdəniz” və “Şəfəq-Asiman” qaz yataqları Xəzər qazının bu əsrin ortalarınadək etibarlı tədarükünü təmin edəcək
BP: “Şahdəniz” və “Şəfəq-Asiman” yataqları Xəzər qazının bu əsrin ortalarınadək etibarlı tədarükünü təmin edəcək

Bakı. Ləman Zeynalova, Hüseyn Vəliyev - Trend:

Azərbaycanda “Şahdəniz” və “Şəfəq-Asiman” qaz yataqları Xəzər qazının bu əsrin ortalarınadək etibarlı tədarükünü təmin edəcək.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Qazmaçılar Assosiasiyasının Xəzərdə qazma işlərinə dair keçirilən 2019-cu il sərgi-konfransında BP-nin neft quyuları üzrə vitse-prezidenti Mayk Zangi deyib.

O qeyd edib ki, şirkətin Xəzər dənizində - həm “Şahdəniz” yatağında, həm də “Azəri-Çıraq-Günəşli” (AÇQ) blokunda fəaliyyəti BP-nin dünyadakı irimiqyaslı fəaliyyətini əks etdirir:

“Növbəti 25 il ərzində BP şirkəti və onun tərəfdaşlarının diqqəti AÇQ və “Şahdəniz” layihələrinə yönələcək. Biz bu yataqların işlənməsini əsrin ortalarınadək davam etdirəcəyik”.

M.Zangi bildirib ki, SOCAR-la birgə BP Xəzər regionunda neft-qaz ehtiyatlarının hasilatını davam etdirəcək. O əlavə edib ki, “Şəfəq-Asiman” yatağında çətin quyunun qazılması, eləcə də 2020-ci ildə “Şahdəniz”də kəşfiyyat quyusunun qazılması gözlənilir. Bu iki layihə Xəzər qazının əsrin ortalarınadək etibarlı tədarükünü təmin edəcək:

“Biz Abşeron yarımadasında dayaz sularda seysmik kəşfiyyatı başa çatdırmışıq və bu ilin sonunda üç perspektiv sahənin qazılmasına başlamağı planlaşdırırıq. Gələn il D230 blokunda seysmik-kəşfiyyat işləri keçiriləcək. Ofşor layihələrə əlavə olaraq bizim quruda da layihələrimiz var. Biz Azərbaycanda ilk dəfə “Qobustan” yatağında quruda qazma işlər aparacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti