...

“Abşeron” yatağında qazma işlərinin yeni mərhələsi başlayıb

Energetika Materials 10 May 2019 08:00 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

"Abşeron" yatağında birinci quyunun ilkin gövdəsinin qazılması başa çatıb.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə məlumat verib.

Mənbə qeyd edib ki, ki, gövdənin qazılması aprelin ortalarında başa çatıb və bundan sonra qiymətləndirmə proqramında nəzərdə tutulmuş işlər reallaşdırılıb.

Qeyd olunub ki, ikinci gövdənin qazılması mayın 2-də başlayıb:

"Yayda qazma işləri ilə yanaşı boru kəmərinin döşənməsi üzrə proqram hazırlanacaq. Bu proses 2019-cu ilin dördüncü rübündə nəzərdə tutulub".

Qeyd edək ki, "Abşeron" yatağının ehtiyatları 326 milyard kubmetr qaz və 108 milyon ton kondensat həcmində proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti