...

SOCAR "Star" NEZ-də emal üçün İran neftini idxal etməyi planlaşdırmır

Energetika Materials 6 İyun 2019 12:57 (UTC +04:00)
Gələn ay Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki "Star" neft emalı zavodunda (NEZ) emal üçün İraqdan xam neft alacaq.
SOCAR "Star" NEZ-də emal üçün İran neftini idxal etməyi planlaşdırmır

Bakı. Ləman Zeynalova - Trend:

Gələn ay Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki "Star" neft emalı zavodunda (NEZ) emal üçün İraqdan xam neft alacaq.

Trend-in məlumatına görə, bu barədə "SOCAR Turkey Energy"nin rəhbəri Zaur Qəhrəmanov deyib.

O qeyd edib ki, İranın xam neftindən istifadə edən emal zavodları gələcəkdə ABŞ-ın sanksiyaları ucbatından problemlə üzləşə bilərlər.

"SOCAR Turkey Energy"nin rəhbərinin sözlərinə görə, bu günə qədər "Star" neft emalı zavodu tərəfindən 1,5 milyon ton xam neft alınıb:

"İlin sonuna qədər 8 milyon ton xam neft emalını planlaşdırırq. Gələn aydan isə İraqdan xam neft almağa başlayacağıq".

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun Trend-ə verdiyi məlumata görə, SOCAR heç bir zaman Star zavodu üçün İran nefti idxal etməyib.

Qeyd edək ki, 2018-ci il oktyabrın 19-da İzmirdə "Star" neft emalı zavodunun açılışı olub. Zavodun dəyəri 6,3 milyard dollar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti