...

Səudiyyə Ərəbistanı sentyabrda 8.974 milyon b/s hasil edib

Energetika Materials 5 Oktyabr 2020 04:55 (UTC +04:00)
Səudiyyə Ərəbistanı sentyabrda 8.974 milyon b/s hasil edib

Bakı. Trend:

OPEK-in ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistanı sentyabr ayında avqust ayındakı 8.988 milyon b/s-ya qarşı 8.974 milyon b/s hasil edib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin sənaye mənbəyi bildirib.

Beləliklə, krallıq OPEK+ razılaşmasındakı sentyabr ayında neft hasilatını azaltmaq kvotasını 100 faizdən çox yerinə yetirib. Razılaşmaya görə, Səudiyyə Ərəbistanının avqust-dekabr aylarında gündəlik neft hasilatı 8.993 milyon b/s-dan çox olmamalıdır.

Sentyabr ayında krallığın gendəlik neft ixracatı avqustla müqayisədə 100 min b/s artaraq 6,1 milyon b/s təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti