...

AYİB Azərbaycanda bərpa olunan enerji mənbələri sektorunda real rol oynamağa çalışır

Energetika Materials 26 Dekabr 2020 09:12 (UTC +04:00)
AYİB Azərbaycanda bərpa olunan enerji mənbələri sektorunda real rol oynamağa çalışır

Bakı. Ləman Zeynlova - Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda bərpa olunan enerji mənbələri sektorunda real rol oynamağa çalışır.

Bu barədə Trend-ə bankdan bildiriblər.

Qeyd olunub ki, AYİB bu sahədə böyük potensial müşahidə edir: "Ölkə rəhbərliyinin enerji bazarının islahatı və biznes mühitinin yaxşılaşdırıması üzrə daimi səyləri bizim vəsaitlərimizi ayırmağımız üçün aparıcı rol oynayır".

AYİB-dən bildiriblər ki, bankın Azərbaycandakı enerji portfelinin həcmi 425 milyon avro təşkil edir və bunun böyük hissəsi "Cənub Qaz Dəhlizi"nin payına düşür: "Azərbaycan üzrə strategiyaya gəldikdə, AYİB bu sənədi 2019-cu ilin aprelində təsdiq edib. Strategiya Azərbaycanla əməkdaşlığımızın istiqamətlərini 2024-cü ilədək müəyyən edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti