...

SOCAR Türkiyə NEFERTITI layihəsinin icrasının başlayacağı vaxtı açıqlayıb

Energetika Materials 15 Mart 2021 16:50 (UTC +04:00)
SOCAR Türkiyə NEFERTITI layihəsinin icrasının başlayacağı vaxtı açıqlayıb

Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:

Günəş enerjisi istifadə olunmaqla karbon qazından etanol, izopropanol kimi kimyəvi maddələrin istehsalını nəzərdə tutan NEFERTITI layihəsinin reallaşdırılması 2021-ci ilin iyulunda başlayacaq.

Bu barədə Trend-ə "SOCAR Turkey Research and Development (R&D) and Innovation" şirkətindən bildiriblər.

Qeyd olunub ki, layihə üzrə tərəfdaşlardan birinin rolu və onun əldə edəcəyi güzəştlər həmin ölkədəki qrantlar barədə qanuna uyğun olaraq təkrar nəzərdən keçirilir: "Ona görə də biz hələlik gözləyirik. Amma bu, bizim layihədəki rolumuza və ya layihənin reallaşmasına təsir göstərməyəcək. İstənilən halda, layihə üzrə işlər iyulda başlayacaq".

Xatırlladaq ki, daha əvvəl layihə üzrə qrant sazişinin 2021-ci il martın 1-də imzalanması planlaşdırılırdı.

NEFERTITI konsorsiumuna 10 şirkət daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti