...

2021-ci ildə SOCAR-ın mənfəət göstəriciləri bərpa olunacaq - "Fitch"

Energetika Materials 20 May 2021 11:33 (UTC +04:00)
2021-ci ildə SOCAR-ın mənfəət göstəriciləri bərpa olunacaq - "Fitch"

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ildə daha yüksək neft qiymətləri və 2021-ci ilin yanvarında tənzimlənən yanacaq qiymətlərinin artması fonunda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) faizlər, vergilər çıxıldıqdan sonra mənfəətinin (EBITDA) bərpa olunması gözlənilir.

Trend-in məlumatına görə, bu barədə "Fitch Ratings" agentliyinin hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, Azərbaycanda neft-qaz layihələrinin böyük hissəsi məhsul bölgüsü barədə razılaşmalara uyğun reallaşdırılır və bu layihələrdə SOCAR minoritar paylara sahibdir:

"Şirkət, həmçinin mənfəət neftinin marketinqində iştirak edir. Bundan başqa, SOCAR "Cənub Qaz Dəhlizi" kimi digər iri enerji layihələrində də paya malikdir".

Agentlik bidirir ki, SOCAR-ın ödədiyi vergilər 2019-cu ildə dövlət gəlirlərinin təxminən 10 faizini təşkil edib:

"Azərbaycanda SOCAR-ın 50 mindən çox əməkdaşı var. Dövlət daxili yanacaq qiymətlərinin tənzimlənməsi, pul köçürmələri və digər tədbirlər vasitəsilə SOCAR-ın mənfəətliliyi və balansı üzərində mühüm nəzarəti həyata keçirir".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti