...

OPEK+ nazirlərinin görüşünün təxirə salınması təsdiqləndi

Energetika Materials 5 İyul 2021 22:32 (UTC +04:00)
OPEK+ nazirlərinin görüşünün təxirə salınması təsdiqləndi

Bakı. Trend:

OPEK+ nazirlərinin bu gün keçirilməli olan görüşü təxirə salınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə OPEK-in baş katibi Məhəmməd Sanusi Barkindonun OPEK+ nümayəndə heyətlərinin rəhbərlərinə ünvanladığı məktubda deyilir.

Məktubda bildirilir ki, OPEK+ nazirlərinin iyulun 5-də keçirilməli olan görüşünün təxirə salınması qərarı konfransın sədri və həmsədri olan Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman əl-Səud və Rusiyanın baş nazirinin müavini Aleksandr Novakla məsləhətləşmələrdən sonra qəbul edilib:

"Yeni görüşün vaxtı daha sonra açıqlanacaq və biz müvafiq qaydada sizi məlumatlandıracağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti