...

OPEK+ nazirləri neft hasilatının həcmi və razılaşmanın uzadılması ilə bağlı danışıqlara başlayıblar

Energetika Materials 18 İyul 2021 14:16 (UTC +04:00)
OPEK+ nazirləri neft hasilatının həcmi və razılaşmanın uzadılması ilə bağlı danışıqlara başlayıblar

Bakı. Trend:

Bakı vaxtı ilə saat 14:00-da OPEK+ nazirlərinin videokonfrans rejimində danışıqları başlayıb.

Trend-in məlumatına görə, bu barədə "TASS"a görüşdə iştirak edən mənbələr məlumat verib.

Məlumata əsasən, görüş təxminən saat 15:00-a qədər davam edəcək.

Bildirilir ki, tərəflər danışıqlar zamanı neft hasilatının ilin sonunadək həcmini və OPEK+ razılaşmasının 2022-ci ilin sonunadək uzadılmasını müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti