...

Azərbaycan qaz ixracını 30 faizdən çox artırıb

Energetika Materials 18 Oktyabr 2021 14:18 (UTC +04:00)
Azərbaycan qaz ixracını 30 faizdən çox artırıb

Trend-i buradan izləyin

Bakı. Sədrəddin Ağcayev - Trend:

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 14,93 milyard kubmetrdən çox təbii qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32 faiz çoxdur.

Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, yanvar-sentyabr aylarında ixrac olunan təbii qazın ümumi məbləği 2,95 milyard dollara yaxın olub.

Hesabat dövründə Azərbaycanın ümumi ixracında qazın payı 20,17 faiz təşkil edib.

Qeyd edək ki, 2020-ci il ərzində Azərbaycan təxminən 2,19 milyard dollar məbləğində 12,424 milyard kubmetr qaz ixrac etmişdi.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti