...

700-800 milyon insanın enerjiyə əlçatanlığı yoxdur - BEA-nın icraçı direktorunun müavini

Energetika Materials 5 Noyabr 2021 10:00 (UTC +04:00)
700-800 milyon insanın enerjiyə əlçatanlığı yoxdur - BEA-nın icraçı direktorunun müavini

Bakı. Humay Ağacanova - Trend

700-800 milyon insanın enerjiyə əlçatanlığı yoxdur.

Trend-in məlumatına görə, bunu “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda “İqlim dəyişikliyinə qarşı mübarizə və qlobal enerji ehtiyaclarını qarşılamaq: hər ikisini necə edə bilərik?” mövzusunda paneldə çıxış edən Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktorunun müavini Meri Uorlik deyib.

O qeyd edib ki, COVID-19 pandemiyası bu əlçatanlğı daha da azaldıb: "Düşünürəm ki, iqlim dəyişikliyi bu məsələni daha da ağırlaşdırıb. Hal-hazırda dünyada bununla bağlı vəziyyət heç də ürəkaçan deyil".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti