...

"SOCAR Türkiyə" investisiya planlarını açıqlayıb

Energetika Materials 30 Noyabr 2021 13:18 (UTC +04:00)
"SOCAR Türkiyə" investisiya planlarını açıqlayıb

Bakı. Elçin Mehdiyev - Trend:

“SOCAR Türkiyə”nin iqtisadi mövqeyi güclüdür. Bizə həm Azərbaycan, həm də Türkiyə hökuməti dəstək göstərir.

Trend-in məlumatına görə, bunu “SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov Azərbaycan media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.

Z.Qəhrəmanov bildirib ki, "SOCAR Türkiyə" şirkəti Türkiyədə sənaye bölgəsi statusu alan ilk şirkətdir:

“Həm Azərbaycan, həm də Türkiyə dövlətinə göstərdikləri dəstəyə görə təşəkkür edirik”, - Z.Qəhrəmanov deyib.

O qeyd edib ki, şirkət fəaliyyətini gücləndirmək niyyətindədir: “Bəzi investisiya yatırımlarını planlaşdırırıq. BP ilə birgə neft-kimya sahəsində fəaliyyətimizi genişləndirmək niyyətimiz var. Ancaq biz bu investisiyanı doğru zamanda etməliyik”, - baş direktor bildirib.

O qeyd edib ki, pandemiya səbəbindən illik planlaşdırma aparmaq mümkün deyil: “Artıq həftəlik planlaşdırma aparırıq. Pandemiya ilə bağlı vəziyyətin necə olacağını söyləmək çətindir”, - Z.Qəhrəmanov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti