Bakı. Ləman Zeynalova - Trend:
2021-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatı 0,02 milyon barel/sutka artaraq orta hesabla 0,75 milyon barel/sutka təşkil edəcək.
Trend bu barədə OPEC-in aylıq hesabatına istinadən məlumat verir.
Eyni zamanda, 2022-ci ildə proqnozlara əsasən, hasilat 0,08 milyon barel artaraq 0,82 milyon barel/sutkaya bərabər olacaq.
Hesabatda qeyd olunur ki, 2021-ci ilin oktyabr ayında Azərbaycanda maye karbohidrogenlərin hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 0,03 milyon barel artaraq 0,72 milyon barel/sutka təşkil edib. Əvvəlki ayla müqayisədə isə hasilat 0,01 milyon barel/sutka azalıb:
"Ümumilikdə, neft hasilatı sentyabr ayı ilə müqayisədə 4 min barel/sutka azalaraq orta hesabla 582 min barel/sutka, kondensat hasilatı isə cüzi azalaraq 140 min barel/sutka təşkil edib. Noyabr ayında Azərbaycanda orta hasilatın artması gözlənilir".
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)