...

SOCAR Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Qazaxıstandan neft nəqli barədə açıqlama verib

Energetika Materials 6 Yanvar 2022 17:22 (UTC +04:00)
SOCAR Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Qazaxıstandan neft nəqli barədə açıqlama verib

Bakı. Ləman Zeynalova - Trend:

Hazırda Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Qazaxıstandan neft nəqli davam etdirilir.

Bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, ildə orta hesabla 100 min tona yaxın Qazaxıstan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunur.

Qeyd edək ki, uzunluğu 1768 km olan Bakı-Tbilisi-Ceyhan boru kəməri 2006-cı ilin iyun ayında istismara verilib.

2021-ci il dekabrın 12-dək boru kəməri ilə 500 milyon ton neft nəql edilib.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti