...

Bolqarıstan Azərbaycan qazını mümkün olan maksimum həcmdə alır - "Bulgargaz"

Energetika Materials 10 Yanvar 2022 11:00 (UTC +04:00)
Bolqarıstan Azərbaycan qazını mümkün olan maksimum həcmdə alır - "Bulgargaz"

Bakı. Ləman Zeynalova - Trend:

Bolqarıstan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisindəki ləngimələrlə əlaqədar tədarükün müvəqqəti reallaşdırıldığı marşrut üzrə Azərbaycan qazını mümkün olan maksimum həcmdə alır.

Trend-in məlumatına görə, bunu "Bulgargaz" qazpaylayıcı şirkətinin direktorlar şurasının üzvü Svetoslav Delçev deyib.

"Yunanıstanla interkonnektorun olmaması ilə əlaqədar ölkəmiz müqavilə ilə müəyyən olunmuş illik bir milyard kubmetr qaz həcminin üçdə bir hissəsindən çoxunu ala bilmir. Bu, həmin marşrut üzrə ala biləcəyimiz maksimum həcmdə qazdır. Yunanıstandan Bolqarıstana qaz kəmərinin tikintisində ləngimələrə görə Bolqarıstan itkilərlə üzləşir. Ölkəmiz Azərbaycan qazını razılaşdırılmış qiymətlərlə satın almaqda davam edir", - deyə o bildirib.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti