...

Türkiyə Azərbaycandan təbii qaz tədarükünü 2024-cü ilə qədər uzadıb

Energetika Materials 11 Yanvar 2022 08:19 (UTC +04:00)
Türkiyə Azərbaycandan təbii qaz tədarükünü 2024-cü ilə qədər uzadıb

Bakı. Trend:

Türkiyə Azərbaycandan təbii qaz tədarükünü 2024-cü ilə qədər uzadıb.

Trend xəbər verir ki, bununla bağlı qərar Rəsmi Gazete-də dərc olunub.

Məlumatda bildirilir ki, qaz tədarükünün uzadılması haqqında memorandum Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiq edilib.

Qeyd edək ki, memorandum 2021-ci ilin dekabrında Bakıda Azərbaycan energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz tərəfindən imzalanıb.

Sənəd Türkiyənin BOTAŞ şirkəti tərəfindən 2024-cü il dekabrın 31-dək illik 1,7 milyard kubmetrədək qazın "SOCAR Turkey Energy" şirkətinin ehtiyaclarının təmin olunması üçün "SOCAR Türkiye Refining" şirkətinə tədarükünü nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti