...

2007-ci ildən bəri Azərbaycanda 1038 neft quyusu qazılıb

Energetika Materials 7 Mart 2022 11:43 (UTC +04:00)

Bakı. Trend:

2007-ci ildən “Kompleks Qazma İşləri” Tresti ümumilikdə 1,7 milyon metrə yaxın qazma işləri aparıb və 1038 quyunu sifarişçiyə təhvil verib.

Bu barədə Trend-ə SOCAR-dan məlumat verilib.

Qeyd edilir ki, Azərbaycanın neft-qaz çıxarma sənayesində böyük təcrübəyə malik, axtarış-kəşfiyyat qazma işlərini və müxtəlif quyu xidmətlərini yüksək keyfiyyətlə həyata keçirən “Kompleks Qazma İşləri” Tresti 15 ildir ki, fəaliyyət göstərir.

"2007-ci ildən Xəzər dənizində yerləşən, dünyanın ən mürəkkəb yataqlarından olan "Bulla dəniz", "Ümid", "Günəşli", "Neft Daşları"nda, eləcə də Azərbaycanın digər sahələrində, ümumilikdə 1,7 milyon metrə yaxın qazma işlərinin aparılması və 1038 quyunun sifarişçiyə təhvil verilməsi müəssisənin əzmkar və peşəkar komandasının uğurudur",- məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti