...

Qaradağ Günəş Elektrik Stansiyası karbon tullantılarını ciddi şəkildə azaltmağa imkan verəcək - BƏƏ naziri

Energetika Materials 15 Mart 2022 13:21 (UTC +04:00)
Qaradağ Günəş Elektrik Stansiyası karbon tullantılarını ciddi şəkildə azaltmağa imkan verəcək - BƏƏ naziri
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi karbon qazı (CO2) tullantılarını ildə iki min tonadək azaltmağa imkan verəcək.

Trend-in məlumatına görə, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika və infrastruktur naziri Süheyl əl-Mazrui Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasiminə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan "yaşıl" enerji sahəsində öz siyasətini uğurla həyata keçirir və BƏƏ-nin bu prosesdə iştirak etməsi ikitərəfli strateji tərəfdaşlığın inkişafı üçün böyük əhəmiyyət daşıyır.

Nazir bildirib ki, bu layihənin reallaşdırılması 110 min yaşayış evini elektrik enerjisi ilə təchiz edəcək. Bundan başqa, tikinti materiallarının 20 faizi yerli bazardan satın alınacaq ki, bu da Azərbaycan müəssisələrinin inkişafı üçün çox vacibdir.

"Azərbaycan rəhbərliyi "yaşıl" enerjinin inkişafı üzrə işlər həyata keçirir və BƏƏ, o cümlədən "Masdar" şirkəti bu sahədə Azərbaycanı hər zaman dəstəkləyəcək", - deyə nazir bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti