...

Qeyri-neft məhsullarının ixracı 40 faiz artıb - Mikayıl Cabbarov

Energetika Materials 17 Mart 2022 14:22 (UTC +04:00)
Qeyri-neft məhsullarının ixracı 40 faiz artıb - Mikayıl Cabbarov

Bakı. Trend:

2022-ci ilin yanvar-fevral aylarında qeyri-neft məhsulları ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,3% artaraq 461,5 mln. dollar təşkil edib.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

"Bu, qeyri-neft sektorunda ixrac potensialının və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artmasının müsbət nəticəsidir", - nazir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti