...

"Şərqi-Mərkəzi Azəri" layihəsi üzrə işlər ən yüksək həddədir - bp

Energetika Materials 5 May 2022 12:40 (UTC +04:00)
"Şərqi-Mərkəzi Azəri" layihəsi üzrə işlər ən yüksək həddədir - bp
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin birinci rübünün sonuna "Şərqi-Mərkəzi Azəri" (ACE) layihəsi üzrə işlər ümumilikdə 70% tamamlanıb.

Trend bu barədə bp şirkətinə istinadən məlumat verir.

"Hazırda layihənin icrası üzrə işlər ən yüksək həddədir və bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5500 nəfər insan cəlb olunub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatı 2023-cü ildə əldə etmək qrafikinə uyğun davam edir. ACE platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam edib. Üst modulların tikintisini icra edən işçi heyəti fevral ayında əməyin təhlükəsizliyi üzrə mühüm bir nailiyyəti – qəzasız 10 milyon iş saatını qeyd ediblər. Ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatı 2023-cü ildə əldə etmək qrafikinə uyğun davam edir", - hesabatda deyilir.

ACE əməliyyatlarının qurudan idarə olunması üçün Səngəçal terminalında modifikasiya tikinti işlərinə başlanıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti