...

Səngəçal terminalından "Şahdəniz" qazının nəqli 27 faizə yaxın artıb

Energetika Materials 5 May 2022 13:20 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin birinci rübü ərzində Səngəçal terminalından gündəlik orta hesabla təxminən 71 milyon standart kubmetr (təxminən 2 milyard 500 milyon standart kubfut) "Şahdəniz" qazı nəql edilib.

Trend bu barədə bp şirkətinə istinadən məlumat verir.

2021-ci ilin birinci rübündə bu göstərici 56 milyon standart kubmetr təşkil edirdi. Beləliklə, Səngəçal terminalından "Şahdəniz" qazının nəqli 26,8 faiz artıb.

Qeyd olunur ki, hesabat dövründə AÇG və "Şahdəniz" yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti