...

“Azərikimya”da istehsal üç dəfəyə qədər artıb

Energetika Materials 13 May 2022 10:46 (UTC +04:00)
“Azərikimya”da istehsal üç dəfəyə qədər artıb

Bakı. Trend:

“Azərikimya” İB-də əsas məhsullar üzrə faktiki istehsal həcmləri iki dəfə, bəzi məhsullar üzrə isə üç dəfə artıb.

SOCAR-dan Trend-ə verilən məlumata görə,“Azərikimya” İB-də moderinizasiya və yenidənqurma layihəsinin əsas mərhələsi uğurla başa çatdırılıb. Bununla da

  • “Azərikimya” İB-də əsas məhsullar üzrə faktiki istehsal iki, bəzi məhsullar üzrə üç dəfə artıb;
  • Zavodun istismar dövrü uzadılıb, EP-300 istehsalatında bir sıra qurğuların etibarlılığı və səmərəliliyi yüksəldilib;
  • Layihənin icrasına 94%-i yerli mütəxəssislər olmaqla təxminən 2000-dən çox əlavə işçi cəlb olunub;
  • Sumqayıtda tikilmiş yeni “SOCAR Polymer” zavodunun dayanıqlı xammal ilə təchizatı təmin olunacaq;
  • Yeni (Əlavə) Buxar Turbogenerator qurğusunun inşası ilə zavodda elektrik enerjinin istehsalı 2 dəfədən çox artacaq;
  • “Azərikimya” İB özünün enerji tələbatını daxili imkanları ilə tam təmin edəcək; 35 Mvt/s izafi elektrik enerjisi isə SOCAR-ın digər istehlakçılarına veriləcək.

Modernizasiya layihəsinin əsas məqsədlərindən biri də Sumqayıt Kimya Sənaye Parkında inşa olunmuş yeni “SOCAR Polymer” kompleksinin zavodlarını dayanıqlı rejimdə və tələb olunan miqdarda etilen, propilen, saf hidrogen və enerji daşıyıcıları ilə təmin etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti