...

“Azərikimya” istehsalın tam avtomatlaşdırılmasının tamamlanacağı vaxtı açıqlayıb

Energetika Materials 13 May 2022 13:17 (UTC +04:00)
“Azərikimya” istehsalın tam avtomatlaşdırılmasının tamamlanacağı vaxtı açıqlayıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyi istehsalın tam avtomatlaşdırılmasını 2023-cü ilin birinci rübündə tamamlamağı planlaşdırır.

Bunu Trend-ə “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun direktoru Oqtay Niftəliyəv deyib.

Onun sözlərinə görə, bu layihə quru qazın təmizlənməsi qurğusu, propan-propilen fraksiyasının təmizlənməsi qurğusu, etilen və propilen saxlanması üçün anbar, hidrogen istehsalı və zənginləşdirilməsi qurğularının tikintisini nəzərdə tutur.

"Layihənin reallaşdırılması etilenin illik istehsalını 100-120 min tondan 210 min tonadək, propilen istehsalını 80-90 min tondan 170 min tonadək, müəssisinin istismar müddətini isə 20-25 il artırmağa imkan verəcək", - deyə o bildirib.

O.Niftəliyev, həmçinin qeyd edib ki, layihənin reallaşdırılması "SOCAR Polymer" müəssisəsini yüksək sıxlıqlı polipropilen və polietilen istehsalı üçün xammalla təmin edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti