Bakı. Trend:
Bu günədək Trans-Adriatik boru xətti (TAP) ilə Avropaya 11,3 milyard kubmetr qaz nəql edilib. Bunun 9,7 milyard kubmetri İtaliya, 1,3 milyard kubmetri Yunanıstana, 0,3 milyard kubmetri Bolqarıstana ixrac olunub.
Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.
O qeyd edib ki, "Şahdəniz" yatağından bu günədək 166 milyard kubmetr qaz ixrac edilib. Kondensat ixracı 36 milyon kubmetr təşkil edib.
(Tərcümə: Orxan Nəbiyev)