Bakı. Trend:
Azərbaycanın hazırda hidro daxil olmaqla bərpa olunan enerji gücləri 1 312 meqavatdır.
Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov öz "Twitter" səhifəsində yazıb.
"Qarşıdakı illərdə istismara veriləcək 1 000 meqavatt gücündə külək, günəş və su elektrik stansiyaları və 4 giqavatlıq yeni layihələr üzrə fəaliyyətimiz enerji balansında "yaşıl" enerjinin mövqeyini gücləndirəcək", - nazir bildirib.
(Tərcümə: Orxan Nəbiyev)