...

Azərbaycan və Aİ Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün maliyyələşdirməni təşviq edəcək

Energetika Materials 18 İyul 2022 19:25 (UTC +04:00)
Azərbaycan və Aİ Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün maliyyələşdirməni təşviq edəcək
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Aİ və Azərbaycan Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün maliyyələşdirməni təşviq edəcəklər.

Trend-in məlumatına görə, bu barədə "Avropa Komissiyasının təmsil etdiyi Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sektorunda strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu"nun mətnində deyilir.

Tərəflər etiraf edirlər ki, hazırda tədarük ediləndən başqa Avropa İttifaqına istənilən növbəti təbii qaz ixracı Cənub Qaz Dəhlizi boru kəmərləri şəbəkəsinin genişləndirilməsi və hasilat layihəsinin hazırlanması üçün əhəmiyyətli investisiya tələb edəcək.

Tərəflər Aİ-nin iqlim siyasətini və onun REPowerEU strategiyasını nəzərə alaraq, o cümlədən, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq yolu ilə Cənub Qaz Dəhlizi boru kəmərləri şəbəkəsinin genişləndirilməsi üçün maliyyələşdirməni təşviq etməyə çalışırlar.

Tərəflər hidrogen və onun törəmələri də daxil olmaqla, bərpa olunan qazların nəqli məqsədilə infrastrukturu mümkün qədər konvertasiyaya hazır vəziyyətdə saxlamağa çalışacaqlar. Bu, o deməkdir ki, yeni infrastruktur hidrogen və onun törəmələri də daxil olmaqla bərpa olunan və aşağı karbonlu qazları nəql edə bilməlidir. Tərəflər hidrogen, hidrogen törəmələri və digər bərpa olunan qazların (biometan və s.), eləcə də bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisinin gələcək ticarətini nəzərdə tutaraq, təbii qazın qarşılıqlı faydalı ticarətinin inkişafına kömək etməyə çalışırlar.

Bu məqsədlə tərəflər öz səlahiyyətləri və qanuni məhdudiyyətləri çərçivəsində mövcud enerji infrastrukturundan optimal istifadəni saxlamağa çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti