...

Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı növbəti qərarını sabah açıqlayacaq

Energetika Materials 28 İyul 2022 14:33 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.

Trend AMB-yə istinadən xəbər verir ki, iyulun 29-da Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını və bununla bağlı geniş açıqlama yayacaq.

Qeyd edək ki, sonuncu dəfə AMB iyunun 17-də faiz qərarını açıqlayıb və uçot dərəcəsini dəyişməyərək 7.75% olaraq saxlayıb. Faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti