...

Səngəçal terminalı neft və kondensat ixracını azaldıb

Energetika Materials 4 Avqust 2022 23:17 (UTC +04:00)
Səngəçal terminalı neft və kondensat ixracını azaldıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin birinci yarısında Səngəçal terminalı təxminən 114 milyon barel neft və kondensat, o cümlədən 107 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 7 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edib.

Trend bu barədə bp şirkətinə istinadən məlumat verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 115 milyon barel təşkil etmişdi. Beləliklə, Səngəçal terminalı vasitəsilə neft və kondensat tədarükü 0,87 faiz azalıb.

Qeyd olunub ki, birinci yarımildə AÇG və "Şahdəniz" yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

"Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti