...

Səngəçal terminalından "Şahdəniz" qazının nəqli 25 faizdən çox artıb

Energetika Materials 4 Avqust 2022 22:08 (UTC +04:00)
Səngəçal terminalından "Şahdəniz" qazının nəqli 25 faizdən çox artıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin birinci yarısında Səngəçal terminalından gündəlik orta hesabla təxminən 69 milyon standart kubmetr (təxminən 2 milyard 440 milyon standart kubfut) "Şahdəniz" qazı nəql edilib.

Trend bu barədə bp şirkətinə istinadən məlumat verir.

2021-ci ilin eyni dpvründə bu göstərici 55 milyon standart kubmetr təşkil edirdi. Beləliklə, Səngəçal terminalından "Şahdəniz" qazının nəqli 25,5 faiz artıb.

Qeyd olunur ki, hesabat dövründə AÇG və "Şahdəniz" yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti