...

ABŞ OPEK+ ölkələrini neft hasilatını azaltmamağa çağırır

Energetika Materials 5 Oktyabr 2022 08:21 (UTC +04:00)
ABŞ OPEK+ ölkələrini neft hasilatını azaltmamağa çağırır

Bakı. Trend:

Vaşinqton OPEK+ ölkələrini neft hasilatını azaltmamağa çağırır.

Trend xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Məlumata əsasən, ABŞ neft hasilatının azaldılmasının hazırda mövcud iqtisadi vəziyyətin tələblərinə cavab vermədiyi qeyd edilir.

Bildirilib ki, Ağ Ev bu mövqeyi ABŞ prezidenti Co Baydenin ölkədə benzinin ucuzlaşmasına nail olmaq istəyi fonunda tutur.

Məlumat rəsmi təsdiqlənməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti