...

“Fitch" SOCAR-ın reytinqini yüksəldib

Energetika Materials 28 Oktyabr 2022 18:44 (UTC +04:00)
“Fitch" SOCAR-ın reytinqini yüksəldib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

“Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli və prioritet reytinqini Azərbaycanın suveren reytinqinə uyğun səviyyədə (BB+/Pozitiv) dəyişdirib.

Trend bu barədə cümə günü agentliyin hesabatına istinadən məlumat verir.

Bu qərar Azərbaycanın suveren reytinqi üzrə proqnozların (BB+/Pozitiv) dəyişməsi və SOCAR-ın kredit qabiliyyətliliyinin güclənməsi ilə əlaqədar verilib.

"SOCAR bütünlüklə dövlətə məxsusdur və onun reytinqi hazırda "Fitch"in reytinq meyarlarına uyğun olaraq Azərbaycanın reytinqinə bərabərdir. Bu, şirkətə maliyyə zəmanətləri, pul köçürmələri və kapital qoyuluşları şəklində göstərilən dövlət dəstəyi, habelə SOCAR-ın sosial funksiyaları və neft-qaz layihələrinin inkişafı üçün dövlət mexanizmi qismində əhəmiyyəti ilə gücləndirilir. SOCAR-ın kredit qabiliyyətini “b+” səviyyəsində qiymətləndiririk", - hesabatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti