...

Energetika naziri Bərdədə vətəndaşları qəbul edəcək

Energetika Materials 4 Noyabr 2022 11:23 (UTC +04:00)
Energetika naziri Bərdədə vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov noyabrın 18-də Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşların qəbulu saat 11:00-dan etibarən Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının inzibati binasında (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti 102) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1147) telefon nömrəsi (əlaqələndirici şəxs Azər Rzayev), həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Mingəçevir filialı (əlaqələndirici şəxs Pünhan Qurbanov, əlaqə telefonu: (070) 590-00-09, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Bununla yanaşı, vətəndaşlar Nazirliyin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti