...

Azərbaycanın qaz ixracından gəlirləri beş dəfə artıb

Energetika Materials 17 Noyabr 2022 14:59 (UTC +04:00)
Azərbaycanın qaz ixracından gəlirləri beş dəfə artıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 18,83 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 faiz çoxdur.

Trend bu barədə bu gün Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, yanvar-oktyabr aylarında ixrac olunan təbii qazın ümumi məbləği 4,9 dəfə artaraq 14,653 milyard dollara çatıb.

Hesabat dövründə Azərbaycanın ümumi ixracında qazın payı 42,21 faiz təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 17,52 faizə bərabər idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti