...

Cənubi Qafqaz boru kəməri ilə nəql edilən qazın həcmi açıqlanıb

Energetika Materials 17 Noyabr 2022 16:08 (UTC +04:00)
Cənubi Qafqaz boru kəməri ilə nəql edilən qazın həcmi açıqlanıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-oktyabr aylarında Cənubi Qafqaz qaz xətti ilə (Bakı-Tbilisi-Ərzurum) 17,07 milyard kubmetr qaz nəql olunub.

Trend bu barədə bu gün Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 18,8 faiz artıb.

Hesabat dövründə magistral qaz kəmərləri ilə nəql edilən təbii qazın 53,8 faizi Cənubi Qafqaz qaz xəttinin payına düşüb. Ötən ilin eyni dövründə bu göstərici 50,5 faizə bərabər idi.

Ümumilikdə, 2022-ci ilin yanvar-oktyabr aylarında magistral qaz kəmərləri ilə 31,707 milyard kubmetr qaz nəql edilib. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz çox olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti