...

Avropada təbii qazın qiyməti 1650 dolları ötdü

Energetika Materials 1 Dekabr 2022 12:49 (UTC +04:00)
Avropada təbii qazın qiyməti 1650 dolları ötdü

Bakı. Trend:

Avropada təbii qazın min kubmetrinin qiyməti oktyabrın ortalarından etibarən ilk dəfə 1650 dolları ötüb.

Trend TASS-a istinadən xəbər verir ki, günün əvvəlindən etibarən ümumi qiymət artımı 4 faizdən çox təşkil edib.

Niderlandın TTF habında yanvar fyuçerslərinin dəyəri min kubmetrə görə 1666 dollara yüksəlib.

Qeyd edilir ki, Avropada qazın qiymətinin artmasına son dövrlərdə elektirk enerjisinin istehsalında külək enerjisinin payının azalması və havaların soyuması səbəb olub.

Xatırladaq ki, sentyabrın əvvəlində Avropada təbii qazın min kubmetrinin qiyməti 2 900 dollara yaxınlaşmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti