...

bp Bakı-Supsa boru kəmərinin işinin bərpa olunmasından danışıb

Energetika Materials 14 Mart 2023 17:48 (UTC +04:00)
bp Bakı-Supsa boru kəmərinin işinin bərpa olunmasından danışıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Supsa boru kəməri işlək vəziyyətdədir, lakin işini bərpa etmək üçün müraciət daxil olmalıdır.

Bu barədə Trend-in sualına cavab olaraq bp şirkətindən bildiriblər.

"Fevralın 6-da Türkiyədə baş verən zəlzələ ilə əlaqədar olaraq Ceyhan terminalında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə daxil olan neftin nəqli dayandırıldıqda Bakı-Supsa boru kəməri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən iki tankerə yüklənmiş neftin tədarükü üçün açıq idi. Bundan sonra müraciət daxil olmayıb. Mart ayının sonunadək may ayı üçün tədarüklə bağlı müraciət daxil olmasa, bu, Bakı-Supsa kəməri ilə aprel və may aylarında neft nəql olunmayacağı deməkdir. Bakı-Supsa işlək vəziyyətdədir. Lakin onun işini bərpa etmək üçün müraciətlər daxil olmalıdır. Ukraynada müharibə başladıqdan sonra yükgöndərənlər öz tankerlərini Qara dənizə göndərmək istəmirlər", - şirkətdən bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti