...

Azərbaycan ABŞ-yə enerji sahəsində əməkdaşlığı üç istiqamətdə genişləndirməyi təklif edir - Elnur Soltanov

Energetika Materials 3 Aprel 2023 10:50 (UTC +04:00)
Azərbaycan ABŞ-yə enerji sahəsində əməkdaşlığı üç istiqamətdə genişləndirməyi təklif edir - Elnur Soltanov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ABŞ-yə enerji sahəsində əməkdaşlığı üç istiqamətdə genişləndirməyi təklif edir.

Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən Azərbaycan-ABŞ Yaşıl Enerji Forumunun kuluarlarında deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilər, Xəzər regionu və Naxçıvan enerji sahəsində böyük əməkdaşlıq potensialına malikdir.

"Biz ABŞ-dan olan həmkarlarımıza məhz bu üç prioritet istiqamətlərdə əməkdaşlıq qurmağı və genişləndirməyi təklif etdik", - o deyib.

E.Soltanovun bildirdiyinə görə, demək olar ki, Azərbaycanın bütün regionları üzrə enerji infrastrukturunun yaradılması haqqında danışıqlar aparılır.

"Qarabağda enerji sahəsində artıq bp ilə əməkdaşlıq qurulub. bp-dən olan həmkarlar ərazinin dörd metrədək dərinlikdə minalardan təmizlənməsini tələb edirlər ki, bu da minatəmizləmə prosesini ləngidir və qəlizləşdirir. Lakin proses davam edir, bp əməkdaşları artıq əraziyə səfər edərək cari işlərlə tanış olublar", - o qeyd edib.

E.Soltanov Qarabağdakı yenidənqurma işlərinə həmçinin Çin şirkətləri tərəfindən böyük maraq göstərildiyini əlavə edib.

Qeyd edək ki, Bakı Biznes mərkəzində Azərbaycan-ABŞ “Yaşıl enerji” forumu keçirilir.

Tədbirdə Azərbaycanda səfərdə olan ABŞ ticarət nazirinin köməkçisi Arun Venkataraman, ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Hugo Guevara, ABŞ-Azərbaycan Ticarət Palatasının prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu, Azərbaycanın energetika nazirinin müavini Elnur Sultanov və başqaları iştirak edirlər.

Forumda Azərbaycan ilə ABŞ-ın enerji sahəsində əməkdaşlıq əlaqələri, “yaşıl enerji”nin istehsalı istiqamətində təcrübə mübadiləsi, enerji ixracı, sərmayə yatırımı və digər məsələlər müzakirə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti