...

Naxçıvan Azərbaycandan Türkiyə və Avropaya təmiz enerji nəqli üçün qovşağa çevriləcək - Nazir müavini

Energetika Materials 3 Aprel 2023 11:05 (UTC +04:00)
Naxçıvan Azərbaycandan Türkiyə və Avropaya təmiz enerji nəqli üçün qovşağa çevriləcək - Nazir müavini
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Azərbaycandan Türkiyəyə və Avropaya təmiz enerjinin nəqli üçün qovşağa çevriləcək.

Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən Azərbaycan-ABŞ Yaşıl Enerji Forumunda deyib.

"Biz artıq bu bölgədə müvafiq layihələrin icrasına başlamışıq", - o əlavə edib.

E.Soltanov qeyd edib ki, Azərbaycan yaşıl enerji sahəsində beynəlxalq əməkdaşlıq üçün böyük potensiala malikdir.

"Biz bazarın bütün iştirakçıları ilə əməkdaşlıqda maraqlıyıq. Artıq ölkəyə xarici investisiyalar cəlb etməkdəyik. Bildiyiniz kimi, bp ilə birgə Qarabağda günəş elektrik stansiyası inşa etməyi planlaşdırırıq. Xatırladım ki, son səkkiz ay ərzində bir sıra elektrik stansiyalarının inşası üzrə razılaşmalar əldə etmişik və bu elekrik stansiyaları 2030-cu ilədək 25 qiqavat elektrik enerjisi hasil edəcək. Ölkəmizin yaşıl enerji hasilatındakı ümumi potensialı 200 qiqavat təşkil edir", - o deyib.

Bakı Biznes mərkəzində Azərbaycan-ABŞ "Yaşıl enerji" forumu keçirilir.

Forumda Azərbaycanda səfərdə olan ABŞ ticarət nazirinin köməkçisi Arun Venkataraman, ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Hugo Guevara, ABŞ-Azərbaycan Ticarət Palatasının prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu, Azərbaycanın energetika nazirinin müavini Elnur Sultanov və başqaları iştirak edirlər.

Tədbirdə Azərbaycan ilə ABŞ-ın enerji sahəsində əməkdaşlıq əlaqələri, "yaşıl enerji"nin istehsalı istiqamətində təcrübə mübadiləsi, enerji ixracı, sərmayə yatırımı və digər məsələlər müzakirə olunur.

Yanvar-fevral aylarında Azərbaycanda alternativ enerji mənbələrindən elektrik enerjisi istehsalı 1,54 milyon kVt/saat olub (illik hesablamada 56,5 milyon kVt/saat artım). Külək elektrik stansiyaları tərəfindən 9,1 milyon elektrik enerjisi, günəş elektrik stansiyaları tərəfindən 8,4 milyon kVt/saat, bərk məişət tullantıları zavodları tərəfindən isə 39 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.

2023-cü ilin yanvar-fevral aylarında bütün enerji mənbələrindən istehsal edilən elektrik enerjisi 5,176 milyard kVt/saat olub. Ölkədə istehsal edilən elektrik enerjisinin həcmi illik hesablamada 5,8 faiz və ya 282,3 milyon kVT/saat olub. Təkcə 2023-cü ilin fevralında elektrik enerjisinin istehsalı 82,5 milyon kVt/saat və ya 3,5 faiz artaraq 2,417 milyard kVt/saat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti