...

Cənubi Qafqaz Boru Kəməri ilə nəql olunan qazın həcmi əhəmiyyətli dərəcədə artıb

Energetika Materials 17 Aprel 2023 19:38 (UTC +04:00)
Cənubi Qafqaz Boru Kəməri ilə nəql olunan qazın həcmi əhəmiyyətli dərəcədə artıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-mart ayları ərzində Cənubi Qafqaz (Bakı-Tbilisi-Ərzurum) Boru Kəməri ilə 2022-ci ilin analoji dövründəki 5,026 milyard kubmetrlə müqayisədə 5,511 milyard kubmetrdən artıq qaz nəql olunub.

Trend bu barədə Azərbaycan Respublikasının Dövlət Statistika komitəsinə istinadən xəbər verir.

Beləliklə, Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə tədarüklərin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 9,65 faiz artıb. Onun payına 2023-cü ilin yanvar-martaylarında Azərbaycanın magistral qaz kəmərləri ilə nəql olunan qazın 47,8 faizi düşüb, ötən ilin analoji dövründə isə bu göstərici 46,7 faiz təşkil edib.

2023-cü ilin yanvar-mart aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə təqribən 11,520 milyard kubmetr qaz nəql olunub ki, bu da ötən illə müqayisədə 7 faiz çoxdur.

CQBK 2006-cı ildən etibarən fəaliyyət göstərir və "Şahdəniz" yatağından Azərbaycan, Gürcüstan və Türkiyə üçün qaz nəql edir. Boru kəmərinin genişləndirilmiş hissəsindən kommersiya məqsədilə Türkiyəyə nəql 2018-ci ilin iyununda, Avropaya isə 2020-ci ilin dekabrında başlayıb.

CQBK-nin səhmdarları aşağıdakı kimidir: bp (29,99 faiz), LUKOIL (19,99 faiz), TPAO (19 faiz), SOCAR (14,35 faiz), NICO (10 faiz) və SGC (6,7 faiz).

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti