...

TAP-ın genişləndirilməsi əlavə həcmdə hidrogen tədarükünə imkan yaradacaq

Energetika Materials 27 Aprel 2023 20:55 (UTC +04:00)
TAP-ın genişləndirilməsi əlavə həcmdə hidrogen tədarükünə imkan yaradacaq
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Adriatik Boru Kəmərinin (TAP) genişləndirilməsi gələcəkdə əlavə həcmdə hidrogen və digər bərpa olunan qazlar nəql etməyə kömək edəcək.

Trend cümə axşamı xəbər verir ki, bunu TAP-ın Yunanıstandakı rəsmi nümayəndəsi İoannis Maris Delfi İqtisadi Forumunda deyib.

"Biz Avropaya 22 milyard kubmetrdən çox təbii qaz tədarük etmişik. TAP-ın mövcud imkanlarını ikiqat artırmaqla regionun enerji səmərəliliyini əlavə olaraq dəstəkləyə bilərik. Genişləndirmənin birinci mərhələsi artıq işə salınıb", - o deyib.

Qeyd edək ki, Azərbaycan Avropaya qaz tədarükünü 31 dekabr 2020-ci ildə başladıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə kommersiya istismarı başladıqdan sonra ümumilikdə 22 milyard kubmetr qaz nəql olunub. Bu il Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti