...

bp 2023-cü ilin birinci rübündə "Azəri-Çıraq-Günəşli"də hasilatın həcmini açıqlayıb

Energetika Materials 4 May 2023 13:42 (UTC +04:00)
bp 2023-cü ilin birinci rübündə "Azəri-Çıraq-Günəşli"də hasilatın həcmini açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin birinci rübündə Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda hasilatın ümumi həcmi 2022-ci ilin birinci rübündəki gündəlik 434 000 barellə müqayisədə gündə orta hesabla 386 000 barel olub.

Trend bu barədə cümə axşamı bp-yə istinadən xəbər verir.

Beləliklə AÇG-də hasilat illik hesablamada 11,05% azalıb.

"2023-cü ilin ilk üç ayında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (24 100), Mərkəzi Azəri (100 000), Qərbi Azəri (93 300), Şərqi Azəri (64 200), Dərinsulu Günəşli (69 400) və Qərbi Çıraq (35 000) platformalarından birlikdə – gündə orta hesabla 386 000 barel və ya ümumilikdə təxminən 35 milyon barel, yəni 5 milyon ton olub", - məlumatda deyilir.

AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti