...

"Azəri-Çıraq-Günəşli"dən SOCAR-a səmt qazının tədarükü azalıb

Energetika Materials 4 May 2023 14:42 (UTC +04:00)
"Azəri-Çıraq-Günəşli"dən SOCAR-a səmt qazının tədarükü azalıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin birinci rübü ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan Azərbaycan Dövlət Neft Şirkətin (SOCAR) üçün gündə orta hesabla 6,5 milyon kubmetr, ümumilikdə isə 0,6 milyard kubmetr səmt qazı tədarük olunub.

Trend bu barədə cümə axşamı bp-yə istinadən xəbər verir.

Səmt qazı əsasən Səngəçal terminalına, həmçinin SOCAR-ın həmçinin “Neft Daşları”ndakı obyektinə tədarük olunub.

Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

Qeyd edək ki, 2022-ci ilin birinci rübündə səmt qazının tədarük həcmi gündə 12 milyon kubmetr olub. Beləliklə AÇG-dən səmt qazının tədarükü ötən ilin analoji dövrü ilə müqayisədə 45,8 faiz azalıb.

2023-cü ilin birinci rübündə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (24 100), Mərkəzi Azəri (100 000), Qərbi Azəri (93 300), Şərqi Azəri (64 200), Dərinsulu Günəşli (69 400) və Qərbi Çıraq (35 000) platformalarından birlikdə – gündə orta hesabla 386 000 barel və ya ümumilikdə təxminən 35 milyon barel, yəni 5 milyon ton olub.

AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti